EN

"Terror təhlükəsi son dərəcə ciddi olaraq qalır" - Fransız nazir

Son günlər Fransa hüquq-mühafizə orqanları Olimpiya Oyunları zamanı terror aktları hazırlamaqda şübhəli bilinən bir neçə nəfəri həbs edib. 

"Unikal" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin BFMTV telekanalında bildirib.

"Terror təhlükəsi son dərəcə ciddi olaraq qalır. Son bir neçə gündə seçki kampaniyasında olduğumuz üçün bunu ictimaiyyətə açıqlamadıq, lakin terror hücumları planlaşdırıb həyata keçirə biləcək insanları həbs etdik", - nazir qeyd edib.

O, şübhəlilərin dəqiq sayını açıqlamayıb, sadəcə iki ayrı yerdə bir neçə həbsin olduğunu bildirib. 

Qeyd edək ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
unikal.az

1Sources