Bakı. Trend:
Rusiyanın Buryatiya Respublikasında "An-2" təyyarəsi qəza enişiedib.
Trend xəbərverir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, meşə yanğını vəziyyətini izləyən "An-2" təyyarəsiEravninski rayonunun Sosnovo-Ozerskoye kəndi yaxınlığında qəzaenişi edib.
Qeyd olunub ki, təyyarədə 6 nəfər olub və hamısı sağ qalıb.Hadisə yerinə xilasedicilər cəlb olunub.
Baş verən hadisənin şəraiti araşdırılır.