EN

Orbana Aİ adından Putinlə danışmağa qadağa qoyuldu- Boreldən AÇIQLAMA

“Rusiya prezidenti Vladimir Putinlə rəsmi təmaslar Avropa İttifaqı üçün istisnadır”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə Ali nümayəndəsi Jozep Borrell bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də Macarıstan Baş naziri və Aİ Şurasının sədri Viktor Orbanın Moskvaya səfəri zamanı Aİ adından danışmaq hüququ yoxdur.

“Baş nazir Orban Moskvaya səfər etmək üçün Aİ Şurasından heç bir mandat almayıb”, – Borrel qeyd edib.

O əlavə edib ki, Aİ-nin Ukraynadakı vəziyyət kontekstində Rusiya ilə bağlı mövqeyi qurumla Rusiya prezidenti Vladimir Putin arasında rəsmi təmasların olmamasını nəzərdə tutur.

Azpost.info

Chosen
119
azpost.info

1Sources