EN

Məşhur qrup dağıldı

Türkiyənin məşhur qruplarından biri olan “KÖFN”in dağılması xəbəri pərəstişkarlarını kədərləndirib. Qrupun dağılmasının təfərrüatı üzə çıxıb.

Publika.az xəbər verir ki, 2018-ci ildə Salman Tin və Bilge Kağan Etil tərəfindən qurulan “KÖFN” ləğv edilib. Qrup üzvləri indi karyeralarını ayrılıqda davam etdirmək qərarına gəliblər.

Qrupun birlikdə heç bir yeni layihə hazırlamayacağı, yalnız birgə konsertlər verəcəyi bildirilib. Bu qərarın verilməsində Etilin bir müddət xaricdə yaşamaq istəyinin təsirli olduğu qeyd olunub.

Xəbər qrup üzvləri Bilge Kağan Etil və Salman Tinin “İnstaqram”da bir-birini izləməyi dayandırması ilə ortaya çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
publika.az

1Sources