EN

İngiltərənin yeni baş naziri kimdir? - DOSYE

İngiltərədə keçirilən ümumi seçkilərdə Leyboristlər Partiyası qalib gəlib.
 
Beləliklə, ölkədə Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyəti sona çatıb.
 
Bəs Böyük Britaniyanın yeni baş naziri olacağı gözlənilən Leyboristlər Partiyasının lideri Keir Starmer kimdir?

AZXEBER.COM \"TRT Haber\"ə istinadən İngiltərənin yeni seçilən baş nazirinin dosyesini təqdim edir.
 
Keir Starmer 1962-ci ildə İngiltərənin London şəhərində doğulub. Atası fəhlə, anası tibb bacısıdır.

Keir Starmer Lids Universitetinin Hüquq fakültəsini bitirmiş və daha sonra Oksford Universitetində magistr dərəcəsini tamamlamışdır.

Starmer 1987-ci ildə hüquqşünas kimi fəaliyyətə başlayıb.

O, 2008-2013-cü illərdə \"Crown\" Dövlət Prokurorluğu Xidmətinin direktoru vəzifəsində çalışıb.

Keir Starmer 2014-cü ildə aktiv siyasətə qədəm qoyub.

O, 2015-ci il ümumi seçkilərində Leyboristlər Partiyasından deputat seçilib.

Lakin təxminən bir il sonra Korbinlə fikir ayrılığı yaranan Starmer bu vəzifədən istefa verib.
 
2007-ci ildən evlidir, iki övladı var.

Mikayıl
Chosen
107
azxeber.com

1Sources