EN

Deputatlardan kimlər yeniparlamentdən kənardaqala bilər?- ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Məlumat üçün qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.
44 günlük Vətən müharibəsindən sonra ölkədə yaranan yeni mərhələyə keçidin təmin olunmasına start Prezident seçkilərindən başlandı.  Azərbaycan Respublikası Prezident üsuli-idarəli ölkə olduğu üçün prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir və bütün ərazilərimizi əhatələyən seçkilərin məhz prezident seçkiləri olması hüquqi, həm də mənəvi cəhətdən də daha doğru idi. 
Qanunvericilik hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisinin yenidən formalaşması da yeni prioritetlərin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi vətəndaşların dövlətin idarə olunmasında və cəmiyyətin siyasi həyatında maneəsiz iştirak, dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. Bu baxımdan bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətdən irəli gəlir. 
Onu da qeyd edək ki, yeni formalşacaq Milli Məclisdə təmsil olunacaq parlamentarilərin tərkibində dəyişikliyin olacağı istisna edilmir. Başqa sözlə, yeni parlamentin ictimai-siyasi palitranı özündə dolğun əks etdirməsi qarşıda duran hədəflərdəndir. Hazırda parlamentdə iqtidar, müxalifət partiyalarını və bitərəflərin nümayəndələri təmsil olunurlar. İndi Milli Məclisdə Yeni Azərbaycan Partiyasının üzvü olan 68 deputat var. Seçki marafonuna start verən YAP 21 nəfərdən ibarət  Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul edib. 
Maraqlı məsələlərdən biri odur ki, hazırda parlamentdə təmsil olunan deputatlardan kimlər kənarda qala bilər? Yeri gəlmişkən qeyd edək ki, YAP-ın İdarə Heyətinin tərkibində baş verən dəyişikliklər deməyə əsas verir ki, iqtidar partiyanın da namizdləri sırasında yeniləşmə qaçılmazdır. Üstəlik parlamentdə uzun müddət təmsil olunan qocaman deputatlar da mövcuddur ki, onların da yenidən parlamentə düşmə ehtimalı sıfıra bərabərdir. 

İşğaldan azad olunmuş ərazilərimizi tamamilə yeni deputatların təmsil edəcəyi  ehtimal olunur. O halda deputatlardan Elman Məmmədov, Bəxtiyar Əliyev, İmamverdi İsmayılov, Ağalar Vəliyev və Bəxtiyar Sadıqovun yeni parlamentdə təmsil olunacağı sual altında qalır. 
Parlamentdə həmçinin "narazı" deputatlar da var ki, onların da yeni Milli Məclisə seçiləcəkləri şübhə doğurur. Beləliklə, Vahid Əhmədov, Etibar Əliyev, Vasif Talıbov, Rasim Musabəyov parlamentdən kənar qalacaq deputatlar siyahısına düşə bilər. 
Parlamentdə təmsil olunan elə millət vəkilləri mövcuddur ki, onların yaş həddi və deputat stajı cəmiyyətdə daim müzakirə mövzusu olub. Bu kateqoriyaya Ziyad Səmədzadə, Oqtay Əsədov, Əhliman Əmiraslanov, Eldar İbrahimov daxildir ki, onlarında parlamentdən kənar qalma qhtimalı yüksəkdir. 

Yeni parlamentdə müxalifəti təmsil edəcək deputatların da sırasında dəyişikliyin olacağı şübhəsizdir. Yeni parlamentə yeni təfəkkürlü, yeni düşüncəyə sahib müxalifətin ayaq açması gözləniləndir. Bu halda isə  Tahir Kərimli, Erkin Qədirli, Sabir Hacıyev, Qüdrət Həsənquliyev deputat kresloları ilə vidalaşmalı olacaqlar.

Sənan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
126
olaylar.az

1Sources