EN

Fransa klubu Olimpiya Oyunlarının qalibi ilə müqavilə bağlayıb

Fransa

Bakı, 5 iyul, AZƏRTAC

Fransanın “Lion” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniya “Betis”indən braziliyalı Abner Vinisiusu transfer edib. Onunla 2029-cu ilin yayınadək müqavilə bağlanıb.

“Lion” bu keçid üçün qarşı tərəfə 8 milyon avro ödəyib.

Qeyd edək ki, A. Vinisius Braziliya millisinin heyətində Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
azertag.az

2Sources