EN

Deputatlığa namizədlərə qarşı 51 hücum faktı qeydə alıb

 

Fransanın hüquq-mühafizə orqanları respublikada keçirilən parlament seçkiləri iştirakçılarına, o cümlədən deputatlığa namizədlərə qarşı 51 hücum faktı qeydə alıb.

 Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat yayıb.

“Təşviqat kampaniyası kifayət qədər qısadır, lakin indiyədək namizədlərdən, onların köməkçilərindən və fəallardan 51 nəfəri fiziki hücuma məruz qalıb”, - deyə nazir bildirib. Onun sözlərinə görə, hücum edənlərin 30-a yaxını polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin rəhbəri hücuma məruz qalanlar arasında Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Tevenonun da olduğunu təsdiqləyib. O, köməkçiləri və tərəfdarları ilə birgə seçkilər kampaniyası çərçivəsində təşviqat plakatlarını asarkən hücuma məruz qalıb.

Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Emmanuel Makronun koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra dövlət başçısı parlamenti buraxaraq növbədənkənar seçkilər elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
hurriyyet.az

1Sources