EN

Fransa DİN-dən xəbərdarlıq - seçkilərdən sonra iğtişaşlar baş verə bilər

Fransa Daxili İşlər Nazirliyi (DİN) növbədənkənar parlament seçkilərinin ikinci turundan sonra kütləvi iğtişaşların baş verə biləcəyindən ehtiyat edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu BFMTV telekanalının efirində ölkənin Daxili İşlər Naziri Jerald Darmanen bildirib.

“İyulun 7-də vəziyyətin nəzarətdən çıxa biləcəyini ehtimal etmək üçün əsaslar var. İfrat solçu fəallar etiraz aksiyaları təşkil edə bilər. Bundan əlavə, digər şəhərlərdə, xüsusən də ifrat sağçı və solçu fəalların cəmləşdiyi Lion, Renn və Nant şəhərlərində zorakılıq hallarının baş verməsi mümkündür”, - o bildirib.

Bununla əlaqədar olaraq, nazir Fransa şəhərlərində asayişi qorumaq üçün 30 min polis və jandarmın cəlb edilməsi barədə göstəriş verib. Onlardan 5 mini Paris və şəhər ətrafında növbətçilik çəkəcəklər.

Onun sözlərinə görə, ən gərgin dövr iyulun 7-dən 8-nə keçən gecə səsvermə başa çatdıqdan sonra olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
bakivaxti.az

2Sources