EN

“Uşaqların psixi sağlamlığının qlobal inkişafı: akademik və ictimai əməkdaşlıq” mövzusuna dair dəyirmi masa keçirilib

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 5 iyul, 2024-cüil tarixində “Uşaqların psixi sağlamlığının qlobal inkişafı:akademik və ictimai əməkdaşlıq” mövzusuna dair dəyirmi masakeçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, tədbir uşaq və yeniyetmələrin psixi sağlamlığısahəsində qabaqcıl yanaşmaların müzakirəsinə həsr edilib.

"Dəyirmi masada dövlət və beynəlxalq təşkilatlarınnümayəndələri, həmçinin uşaq psixi sağlamlıq sahəsində yerli vəxarici aparıcı mütəxəssislər iştirak edib.
Tədbirdə ABŞ-ın Çikaqo Universiteti ilə birgə keçirilən “Uşaqevlərindən ailəyə inteqrasiya edən uşaqların psixososialproblemlərinin profilaktikasına optimallaşdırılan yanaşma” tədqiqatlayihəsinin müzakirəsi aparılıb. Həmçinin, uşaq və yeniyetmələrəyardımın müxtəlif modelləri və onların Azərbaycan psixi sağlamlıqsisteminə adaptasiya imkanları nəzərdən keçirilib.
Müzakirə zamanı ölkəmizdə uşaq psixi sağlamlıq sahəsindəxidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə strategiyalarhazırlanıb", - deyə əlavə edilib.

Məqalədə:
Chosen
204
1
az.trend.az

3Sources