EN

Liz Trass parlament seçkilərində MƏĞLUB OLDU

Britaniyanın keçmiş Baş naziri Liz Trass ölkədə keçirilən parlament seçkilərində məğlub olub.

 

Sfera.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

 

Belə ki, iyulun 4-də Britaniya parlamentinə seçkilər keçirilib və Leyboristlər Partiyası böyük qələbə qazanıb.  Leyboristlərdən Terri Cermi səs çoxluğu əldə edib.

 

Qaydalara görə, parlament seçkilərində qalib gələn partiyanın lideri ölkənin Baş naziri postunu tutur və hökuməti formalaşdırır.

 

Qeyd edək ki, Trass 2022-ci ilin payızında Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb və 44 gün sonra istefa verdiyini açıqlayıb. 

 

Firuzə Əliyeva

Chosen
115
sfera.az

1Sources