EN

Nazir Baş naziri hədələyib: "Baş nazir, sizə deyirəm ki..."

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin baş nazir Binyamin Netanyahunu növbəti dəfə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail mediayası yazıb.

İddiaya görə, İtamar Ben-Qvirin baş naziri rəhbərlik etdiyi koalisiya hökumətindən ayrılamaqla təhdid eləyib: "Gərginlik hökumətin iclasında baş verib. Ben-Qvir HƏMAS-ın əlində olan israilli girovlarla bağlı Netanyahunu hökumətlə məsləhətləçşmədən danışıqlar aparmaqda ittiham edib. O deyib ki, Netanyahunun Nazirlər Kabineti ilə məsləhətləşmədən HƏMAS-la danışıqlara nümayəndə heyətini göndərə bilməz. O, daha sonra Netanyahuya xitabən belə deyib: "Baş nazir, sizə deyirəm ki, tək qərar versəniz, bu sizin məsuliyyətinizdir və ortada tək qalacaqsınız"".

Xatırladaq ki, bir neşə gün əvvəl Netanyahu Təl-Əviv və HƏMAS arasında razılaşmasına nail olmaq üçün Qətərə heyət göndərmək qərarına gəldiyini açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ

Chosen
50
mia.az

1Sources