EN

Yol gediş haqlarının artmasının səbəbi nədir?

Bir neçə gün bundan öncə yol gediş haqlarının artırılması vətəndaşların narazılığına səbəb oldu.
Qiymətlərin qaldırmasının əsas səbəbi dizel yanacağının qalxması və bundan əlavə köhnə qiymətlərinin avtobus daşıyıcılarına sərf etməməsidir. Mütəxəsis bildirir ki, qiymətlər aşağı olduğu halda sahibkarlar yeni avtobuslarların gətirilməsində maraqlı olmurlar.İqtisadçı Xalid Kərimli Elchi.az – a açıqlamasında avtobusların yenilənməsinin çox bahalı bir proses olduğunu bidirib. Onun sözlərinə görə avtobus operatorlarının maliyyə vəziyyəti yaxşı olsun deyə bu addım atılıb: ” Məsələ ondan ibarətdir ki, qiymətlər aşağı olduğu halda bu sektor aradan çıxır və sahibkarlar bu işləri görməkdə maraqlı olmurlar. Vətəndaş əgər avtobusdan istifadə edirsə real qiymətini ödəməlidir. Metroların bahalaşmasının səbəbi isə qurumdan bildirdiyinə görə hər vətəndaşın daşıma xərci bir manatdan çox başa gəlir. Buna görə də hökümət subsidiya məbləğini azaltmaq qiymətlərdə artım edib”.
Havar Şəfiyeva

Chosen
125
elchi.az

1Sources