EN

NATO Ukraynanın Alyansa qoşulma ehtimalından danışıb

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın 2034-cü ilə qədər alyansa üzv olacağına ümid etdiyini bildirib.

Editor.az xəbər verir ki, onun sözlərini DPA agentliyi sitat gətirib. Belə ki, o, jurnalistin 2034-cü ilə qədər Şimali Atlantika Alyansının strukturunun necə dəyişə biləcəyi ilə bağlı sualını cavablandırıb. Baş katib əlavə edib ki, Ukraynadan başqa, digər ölkələr də NATO-ya üzv olmaq üçün müraciət edib, lakin o, onların təşkilata daxil olma imkanları barədə açıqlama verməyib. 2008-ci ilin aprelində Buxarestdə (Rumıniya) keçirilən sammitdə Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın nəticədə NATO-ya üzv olacağına dair siyasi bəyannamə qəbul etdi, lakin heç bir ölkəyə NATO-nun ilk addımı olan Üzvlük Fəaliyyət Planını təqdim etməkdən imtina etdi. Ölkənin

2019-cu ilin fevralında Rada Ukrayna konstitusiyasına ölkənin NATO-ya üzv olmaq istəyini təsbit edən düzəlişləri təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
138
50
editor.az

10Sources