EN

Komandanlığın aerodrom səhvi Kiyevə baha başa gəlib -“ZDF“

Ukrayna Silahlı Qüvvələrinin Poltava vilayətindəki komandanlığının səhvi Kiyevə baha başa gələcək.

News365.az xəbər verir ki, bu barədə Almaniyanın ZDF nəşri yazıb. Məqalədə bildirilir ki, Rusiya ordusu Mirqoroddakı Ukrayna hərbi hava bazasına uğurla hücum edib. Kiyev konkret rəqəmlər açıqlamasa da, “müəyyən itkiləri” etiraf edib.

Maraqlıdır ki, Rusiya pilotsuz təyyarəsi rahat şəkildə hava limanı üzərindən uçmağa, hədəfləri müəyyən etməyə və qısa müddət sonra atılacaq raket üçün koordinatları ötürməyə nail olub.

Məqalədə Ukrayna səlahiyyətliləri aerodrom üçün xüsusi qoruyucu tədbirlər görmədiklərinə görə tənqid olunublar. Mirqoroddakı təyyarələr möhkəmləndirilmiş bunkerlərdə və ya yeraltı anbarlarda deyil, açıq havada yerləşib. Onlar hətta kamuflyaj toru ilə də örtülməyib.

Xatırladaq ki, üç gün öncə Rusiya “İskəndər-M” raketi ilə həyata keçirdiyi hücum nəticəsində Mirqorod aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 "Su-27" qırıcısı vurulmuşdu.

Tural

News365.az


Chosen
74
news365.az

1Sources