EN

Ronaldo UEFA-nın qaydalarını pozmaqda ittiham olunur

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo cəzalandırıla bilər. Matc.az xəbər verir ki, 39 yaşlı hücumçu UEFA qaydalarını pozaraq reklam verməkdə ittiham olunur. “Whoop” şirkəti AVRO-2024-ün 1/8 final mərhələsində Sloveniya ilə oyundan (0:0, 3:0 - pen.) sonra sosial şəbəkələrdə Ronaldonun ürək döyüntüləri ilə bağlı məlumatları dərc edib. Forvard adıçəkilən şirkətin investoru və səfiridi. Turnirin rəsmi sponsorlarının fikrincə, sosial media yazısı “parazitar marketinq” nümunəsidi. Baş verənlərə görə Ronaldo və “Whoop” şirkətinin cərimələnməsi tələb olunub. Qeyd edək ki, Portuqaliya yığması bu gün 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
matc.az

1Sources