EN

İnyesta İspaniya millisinin güclü tərəflərini açıqlayıb

“Barselona”nın əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta İspaniya millisinin 2024-cü il Avropa çempionatındakı oyunu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Mundo Deportivo" 40 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“İspaniya ilə oyununda iki saf cinah oyunçusunun olmasını xüsusi qeyd edərdim, onlar meydanda çox şeyi müəyyənləşdirirlər. Amma meydanda topla idarə edə bilən yarımmüdafiəçilər də var. Bunlar Rodri, Ruiz, Pedri, Olmo, Merinosdur. Onlar yaxşı birləşirlər. Bundan əlavə, komandanın tək-tək qalib gələ bilən oyunçuları var”,

İspaniya Avropa çempionatının 1/4 finalında Almaniya ilə qarşılaşacaq. Qarşılaşma iyulun 5-də baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
47
90deqiqe.az

1Sources