EN

Ukraynada münaqişənin həlli supergüc dövlətlərdə

Macarıstan Rusiya və Ukrayna arasında danışıqların böyük dövlətlər tərəfindən təşkil ediləcəyini bilir, lakin münaqişə tərəflərini sülhün bağlanmasına sövq etmək istəyir.

Bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

“Macarıstan öz yerini bilir və böyük danışıqları böyük dövlətlər aparacaq”, - deyə hökumət başçısı bildirib.

Eyni zamanda, o qeyd edib ki, Macarıstan “tərəfləri danışıqlara başlamağa təşviq etmək istəyir”. Orban izah edib ki, iyulun 2-də Kiyevə səfər edəndə və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəndə də ​​məhz bu məqsədi güdürdü.

Oxuməni.az

Chosen
72
oxumeni.az

1Sources