EN

Britaniya seçki: Sunakın partiyası uduzdu, Baş nazir dəyişir  - Nələr olacaq?

Böyük Britaniyada dünən keçirilən seçkinin ilkin nəticələri elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, seçikinin nəticələrinə görə, sol mərkəzçi Leyboristlər Partiyası 14 ildən sonra parlamentdə səs çoxluğu ələ keçirib.

Rishi Sunak bu gün səhər yerli vaxtla saat 4.40 radələrində məğlubiyyətini etiraf edib: "Mən Leyboristlər  (İşçi) Partiyası seçkilərdə qalib gəldi və mən o partiyanın lideri Keir Starmerə onu təbrik etdim".

Britanya mətbuatı yazır ki, Leyboristlər Partiyası parlamentdə hakim üstünlüyü təsdiqləyən 326 mandat yerinə qarşı təxminən 410 yer qazanıb: "Bu, o deməkdir ki,  Keir Starmerin partiyası təkbaşına iqtidarda olacaq. Rişi Sunakın lideri olduği Mühafizəkarlar Partiyası isə cəmi 144 mandata sahiblənib".

Keçmiş baş prokuror və insan haqları üzrə vəkil  Keir Starmer ilkin açıqlamasında ölkəyə dəyişiklik gətirəcəyinə söz verib: "Bizim bunu reallaşdırmağımızın arttıq vaxtıdır".

Məlmata görə, Rishi Sunak 24 saat ərzində Böyük Britaniyanın baş nazirinin ofisini tərk etməli və hər şeyi Keir Starmerə təhvil verməlidir: "Kralın təqdimatından sonra isə yeni Baş anzir hökuməti qurmağa başlayacaq"

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
1
mia.az

2Sources