Türkiyə polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 45 nəfəri saxlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb .
Əməliyyat İstanbul, Antalya və Ankara və digər şəhərlərdə həyata keçirilib.O qeyd edib ki, axtarışlar çərçivəsində xeyli miqdarda valyuta və rəqəmsal materiallar müsadirə edilib.
Leyla SƏMƏNDƏR
Missiya.Az