EN

Emiliano Martinezdən qələbə şərhi

Argentina millisinin qapıçısı Emiliano Martinez Amerika Kubokunun 1/4 finalında Ekvador yığması üzərində çətin qələbəni şərh edib. 

90deqiqe.Az xəbər verir ki, 31 yaşlı qolkiper komanda yoldaşlarına mübarizəni davam etdirməyə layiq olduqlarını bildirib.

“Uşaqlara evə getmək istəmədiyimi söylədim. Axı biz dünya çempionuyuq və indiki kubokun qalibləriyik. Biz mübarizəni davam etdirməyə layiqik. 35 gündür bir yerdəyik, bu, çox emosionaldır”

Oyun vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında isə "Albiselest" daha dəqiq olub - 4:2. Martinez iki qol imkanını qaytarıb.

Argentina millisi ardıcıl 5-ci dəfə Amerika Kubokunun yarımfinalına yüksəlib. Növbəti görüşdə Lionel Skalonun yetirmələri Kanada və ya Venesuela ilə qarşılaşacaq.

Chosen
95
90deqiqe.az

1Sources