EN

Mbappe: Ronaldo futbol əfsanəsidir, lakin Fransa komandası qələbəyə ümid edir

Fransa millisinin hücumçusu Kilian Mbappe portuqaliyalı hücumçu Kriştianu Ronaldo haqda danışıb.

“Bu, böyük şərəfdir, hər kəs bu oyunçuya nə qədər heyran olduğumu bilir. O, futbol əfsanəsi olaraq qalacaq, amma biz qələbəyə ümid edirik. Ronaldonu qısqanıram? Başa düşmək lazımdır ki, o, çox dəyərlidir, unikal oyunçudur və nailiyyətləri öz sözünü deyir. Yalnız ona hörmət,” RMC Sport Mbappenin sözlərini sitat gətirir.

Xatırladaq ki, Portuqaliya 1/8 finalda Sloveniyanı penaltilər seriyasında məğlub edib – 0:0 (penaltilərdə 3:0). Fransa Belçikadan güclü oldu (1:0).

Qeyd edək ki, bir müddət əvvəl  Britaniya telekanalının canlı yayımda Kriştiano Ronaldonun adını təhrif edərək onu təhqir etdiyi bildirilirdi.

Mənbə RMC Sport

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
dogru.az

1Sources