Qazaxda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən hotellərin birinin yaxınlığında qeydə alınıb.
Avtomobilin maneəyə çırpılması nəticəsində 1966-cı il təvəllüdlü N.Nuruyeva və 2009-cu il təvəllüdlü Ş.Nəbiyeva xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
(report)