EN

Bozqurd işarəsinin mənası nədir?

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Milli yığmasının futbolçu Merih Dəmiral iyulun 2-də keçirilən Türkiyə-Avstriya matçında vurduğu qolu bozqurd işarəsi ilə bayram etməsi gündəmdəki yerini qoruyub.

Hafta.az-ın yazdığına görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) milli futbolçu Merih Dəmiralın matçda bozqurd işarəsi göstərməsi ilə bağlı araşdırma başlatdıqdan sonra Almaniya Xarici İşlər Nazirliyi Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şeni çağırıb.

Almaniyanın daxili işlər naziri Nensi Fiser “Türkiyə ifrat sağçılarının simvoluna stadionlarımızda yer yoxdur” deyərək UEFA-dan sanksiya tələb edib. Dünən Almaniyanın Ankaradakı səfiri Yurgen Şuls Xarici İşlər Nazirliyinə çağırılıb.

Beləliklə, Bozqurd işarəsi siyasi olaraq nəyi təmsil edir və niyə reaksiya var?

Bozqurd işarəsi türk millətçilərinin istifadə etdiyi simvolik əl işarəsidir. Türk mifologiyasında da göründüyü deyilən işarə türk millətçiliyini təmsil edir.

Onun siyasi təmsilçiliyinin 1990-cı illərin əvvəllərinə uyğun olduğu bildirilir. Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ülkü Ocakları kimi millətçi qruplar tərəfindən qəbul edilən bu işarə nümayiş və mitinqlərdə istifadə olunur. Türk millətinin istiqlal və azadlıq mübarizəsini simvolizə etdiyi bildirilən bu işarə millətçilər tərəfindən türk millətçiliyi ideologiyasının bir parçası kimi qəbul olunur.

Bildirilir ki, Bozqurd işarəsi 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Bakıda keçirilən mitinqdə bir milyon insanın Milliyətçi Hərəkatın simvolu sayılan Alparslan Türkeşi “Bozqurd”la qarşılaması ilə Türkiyə siyasətində millətçi seqment tərəfindən istifadə edilməyə başlanıb.

Dəmirala qarşı reaksiyanın səbəbləri arasında millətçilərin çoxlu insanın ölümü ilə nəticələnən siyasi hadisələr zamanı bu işarəni verməsi də var.

Bozqurd işarəsi göstərmək üçün sağ əlin baş barmağı və kiçik barmağı qaldırılır və digər üç barmaq ovucuna doğru əyilir. Bu işarə qurd başına bənzəyir, xüsusilə millətçi və idealist hərəkatlarda geniş istifadə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
hafta.az

1Sources