Amerika kubokunda 1/4 final mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, ilk oyunda son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.
Argentina - Ekvador - 1:1 (Penaltilər - 4:2)
Qolar: Martines, 35- Rodriqes, 90+1
Argentina millisi burada daha dəqiq olaraq 4:2 hesabı ilə qalib gəli və yarımfinala yüksəlib. Lionel Skaloninin komandası bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.