EN

Amerika Kuboku: İlk yarımfinalçı Argentina oldu

ABŞ-da keçirilən Amerika Kubokunda ilk yarımfinalçı bilinib. Matc.az xəbər verir ki, 1/4 final mərhələsinin birinci oyununda Argentina ilə Ekvador üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Argentinadan 35-ci dəqiqədə Lisandro Martines, Ekvadordan isə 90+2-ci dəqiqədə Kevin Rodriges fərqlənib. Penaltilər seriyasında 4:2 hesablı qələbə qazanan Argentina yarımfinala adlayıb. Son dünya çempionunun rəqibi Venesuela - Kanada cütünün qalibi olacaq. Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Chosen
54
matc.az

1Sources