EN

Elhad Nəziri “Cəbrayıl”ın baş məşqçisi təyin edildi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Elhad Nəziri “Cəbrayıl”ın baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu haqda sözügedən klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Elhad Nəziri futbolçu kimi “Lokomotiv” (Bakı), “Milsami” (Moldova), “Petrolul” (Rumıniya), “İnter” (Bakı), “Metralul” (Rumıniya) klublarının formasını geyinib. O, Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və 2-ci Liqanın gümüş medalçısı olub.

Xatırladaq ki, daha əvvəl “Cəbrayıl”ın baş məşqçisi olmuş Cavid Hüseynov isə yeni mövsümdə “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi kimi çalışacaq.

“Cəbrayıl” yeni mövsümdə Azərbaycan Birinci Liqasında mübarizə aparacaq.

Chosen
57
11
arena.az

10Sources