EN

Stoltenberq Ukraynanın NATO-ya üz olacağı tarixi söylədi

NATO-nun baş katibi Yens Stoltenberq ümid edir ki, Ukrayna yaxın 10 il ərzində Şimali Atlantika Alyansının üzvü olacaq.

Herbiand.az xəbər verir ki, o, bunu iyulun 5-də “dpa” agentliyində dərc olunan müsahibəsində bildirib.

Bundan əlavə, NATO-nun Vaşinqtonda iyulun 9-11-də keçiriləcək sammiti öncəsi Stoltenberq Kiyevə hərbi yardımı artırmağa çağırıb. O vurğulayıb ki, bu dəstək nə qədər güclü olarsa, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə bir o qədər tez bitə bilər.

Yens Stoltenberqin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərbin qətiyyətini zəiflətmək ümidi ilə Ukraynada durğunluq strategiyasını həyata keçirir. “Putin inanır ki, o, bizi dəf edə bilər. Biz onu inandırmalıyıq ki, o, bizi dəf edə bilməz. Məhz bundan sonra müharibəni bitirmək üçün şərait yarana bilər”.

Herbiand.az

Chosen
100
50
herbiand.az

10Sources