EN

AÇ-2024: İspaniya Almaniyaya, Portuqaliya Fransaya qarşı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/4 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu meydan sahibi Almaniya yığması ilə İspaniya millisi arasında baş tutacaq.

Bu Avropa çempionatının iki əsas favoriti arasında baş tutacaq oyun Ştutqart şəhərində təşkil olunacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Günün digər oyunu Portuqaliya və Fransa yığmaları arasında baş tutacaq. Hamburq şəhərində keçiriləcək bu görüşə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu mərhələnin İngiltərə – İsveçrə və Niderland – Türkiyə oyunları sabah keçiriləcək.

AÇ-2024
1/4 final
5 iyul

20:00. İspaniya – Almaniya
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.

23:00. Portuqaliya – Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq. “Volksparkstadion”.

Chosen
72
10
arena.az

10Sources