EN

"Windows 11"in qeyri-rəsmi versiyası aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial media istifadəçiləri dövlət işçiləri üçün nəzərdə tutulduğu iddia edilən "Windows 11"in qeyri-rəsmi versiyasını aşkarlayıblar.
"Government Edition" adlanan bu versiyanın "Microsoft" tərəfindən dövlət təşkilatları üçün yaradıldığı iddia edilir. Lakin "TechSpot" mütəxəssisləri bu məlumatı təkzib edərək bildiriblər ki, "Windows"un rəsmi "dövlət" versiyası yoxdur.
Bu versiya "Windows 11"in adi versiyasından onunla fərqlənir ki, onda "Microsoft Edge", "Windows Security Suite", "Camera", "Media Player", "Paint" və "Clock" kimi bir çox "Microsoft" proqramları yoxdur. Əməliyyat sisteminin paylanmasının ölçüsü də "Windows 11" quraşdırma faylından əhəmiyyətli dərəcədə kiçikdir.
Mənbə: Gazeta.ru
Chosen
78
50
oxu.az

10Sources