EN

Orban Kiyev səfərindən sonra Moskvaya getməyi planlaşdırır

Macarıstanın Baş naziri Viktor Orban Kiyev səfərindən sonra iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Ukrayna KİV Macarıstan hökumətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Orbanı xarici işlər naziri Peter Siyarto da müşayiət edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Baş nazir Orbanın Moskvaya səfəri ilə bağlı məlumatı rusiyalı jurnalıistlərə nə təsdiq, nə də təkzib edib.

Peskov qeyd edib ki, iyulun 5-də Vladimir Putinin çox sıx qrafiki var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
42
azpolitika.info

10Sources