Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralın cəzası bəlli olub.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, UEFA müdafiəçiyə iki oyunluq cəza verib.
M. Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya matçında müdafiəçi Merih Demiral qol vurduqdan sonra “bozqurd” işarəsi göstərib.
Müəllif: Arzu