EN

Keçmiş deputatlığa namizəd fitnes klubda dava edib...

Dövlət Dumasına keçmiş namizəd Elvira Vixareva(...Ədliyyə Nazirliyi tərəfindən Rusiyada xarici agent kimi tanınıb-A.B.) Moskvanın mərkəzindəki Jitnaya küçəsində fitnes klubuna gələn qonaqla dava edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə MK.RU xəbər tutub.

Nəşrin məlumatına görə, 33 yaşlı paytaxt sakini bir ildən bir qədər çox əvvəl baş verən doğumdan sonra yenidən formasını bərpa etmək üçün idman obyektinə gəlib.

Məşqdən sonra o, duş qəbul edib, bədənini və saçını qulluq məhsulları ilə köpürdüb.

Bu arada soyunub-geyinmə otağına daxil olan 34 yaşlı Vixareva ətir iyindən hirslənməyə başlayıb.

...Moskvalılar mübahisə etməyə başlayıblar və bir müddət sonra şifahi mübahisədən əlbəyaxa davaya keçdilər. Münaqişəyə fitnes klubunun administratorları müdaxilə edib. Qadınları sakitləşdirmək üçün kondisioneri işə salıblar. Onların sözlərinə görə, Vixareva baş verən hər şeyi telefonunda lentə alıb.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sia.az

1Sources