EN

Fransada əfsanəvi qılınc oğurlanıb

Fransada əfsanəvi qılınc oğurlanıb

Fransada cəngavər Roland Dyurandalın əfsanəvi qılıncı sancıldığı qayadan oğurlanıb.

Axşam.az xəbər verir ki, bu barədə Rokamadur şəhərinin meri Dominik Lenfanta bildirib:

"O, əsrlər boyu Rokamadurun bir hissəsidir. Səfərləri zamanı bunu qeyd etməyən bir bələdçi yoxdur. Rokamadur özünün bir parçasının əlindən alındığını hiss edir, amma bu əfsanə olsa belə, kəndimizin taleyi və bu qılınc biri-birinə bağlıdır".

Yerli sakinlər hələ qayalıqda on metr hündürlükdə olan bu qılıncın necə oğurlandığını anlaya bilmirlər.

Lenfanın sözlərinə görə, qılınc formal olaraq dövlətin mülkiyyəti hesab olunur.

Orta əsrlər əfsanələrinə görə, qılınc Dyurandala mələk tərəfindən verilb. Məhz Ronsveldəki döyüş zamanı ölmək üzrə olan cəngavər onu düşmənlərinin əlinə keçməməsi üçün havaya atıb. Bir neçə yüz kilometr uçduqdan sonra onun Rokamadur qayasına sancıldığı deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
sonxeber.az

2Sources