EN

Bundesliqa: 2024/2025 mövsümünün təqvimi açıqlandı

Futbol üzrə Almaniya çempionatının (Bundesliqa) 2024/2025-ci illər futbol mövsümünün təqvimi açıqlanaraq, ictimaiyyətə təqdim edilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının rəsmi saytına istinadən məlumat verir.

Yeni mövsümün açılışı avqustun 23-də Mönhenqladbax “Borussiya”sı ilə Leverkuzen “Bayer”i arasında keçiriləcək oyunla baş tutacaq.

Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümündə Almaniya Bundesliqasının qalibi Leverekuzen “Bayer”i olub. İspan mütəxəssis Xabi Alonsonun yetirmələri 34 oyunda 90 xal toplayaraq, bir dəfə də olsun məğlub olmadan “əczaçılar”ın tarixində ilk çempionluğu bayram ediblər.

Almaniya, Bundesliqa
1-ci tur

Borussiya (Mönhenqladbax) – Bayer
Leypqiq – Boxum
Borussiya (Dortmund) – Ayntraxt
Hoffenhaym – Holştayn
Frayburq – Ştutqart
Auqsburq – Verder
Volfsburq – Bayern
Maynts – Union Berlin
Sankt Pauli – Haydenhaym

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
arena.az

1Sources