EN

“Həyatdır, ağlına nə gəlibsə, gedib özünü asıb”

"Atası və anası ard-arda vəfat etdi.

Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi, atası isə infarkt keçirdi. Bundan sonra Tsurtsumiyanın həyatı tərsinə döndü".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli gürcüstanlı həmkarı Nuqzari Tsurtsumiyanın 27 yaşında intihar etməsi barədə danışarkən deyib.

O, gürcü güləşçi ilə dəfələrlə rəqib olmasına baxmayaraq, yaxşı münasibət saxladıqlarını vurğulayıb:

“Rəqib olmağımıza baxmayaraq, həmişə münasibətimiz yaxşı olub. Rəqibliyimiz həmişə xalça üzərində qalıb.

Xalçadan kənarda mehriban olmuşuq. Xaricdə, Gürcüstanda keçirilən təlim-məşq toplanışında görüşürdük.

Sonuncu dəfə 20 gün əvvəl görüşmüşdük. Son zamanlarda problemləri var idi.

Atası və anası ard-arda vəfat etdi. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi, atası isə infarkt keçirdi. Bundan sonra həyatı tərsinə döndü”.

Milli üzvü gürcü həmkarının sağlamlığında problemin olmadığını bildirib:

“Sağlamlığında hər hansı problem yox idi. Yəni narkotik aludəçiliyi, başqa problemləri yox idi. Həyatdı, ağlına nə gəlibsə, gedib özünü asıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources