EN

Odessa ballistika ilÉ™ vuruldu

Axşam saatlarında ruslar Odessa vilayətinin liman infrastrukturunu ballistika ilə vurublar, ölən və yaralananlar var.

Editor.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Odessa Regional Hərbi Administrasiyasının sədri Oleq Kiper də mülki liman infrastrukturuna vurulan zərbənin nəticələri barədə məlumat verib.

Liman obyektlərinə və inzibati binalara ziyan dəyib. Bir mülki vətəndaş həlak olub, yeddi nəfər yaralanıb. Cənub müdafiə qüvvələri zərbənin ballistik raketlə törədildiyini rəsmən təsdiqləyib. Qeyd olunur ki, fəsadlar barədə məlumatlar dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az

Chosen
21
1
editor.az

4Sources