EN

Kanada sahillərində sunamisiz zəlzələ baş verib » AzadMedia.az



Kanada sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların mənbəyi 10 kilometr dərinlikdə, episentri Viktoriya şəhərindən 417 kilometr qərbdə (əhali təxminən 289 min nəfər) yerləşib.

Sunami təhlükəsi elan edilməyib və tələfat yoxdur.

İyulun 4-də Yaponiyanın Çiba prefekturasında da 5,4 bal gücündə zəlzələ baş verib. Epidemiya 50 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra ilk dəqiqələrdə sunami təhlükəsi yaransa da, sonra ləğv edilib.

Həmin gün Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib. Seysmik hadisə yerli vaxtla saat 11:20-də (Moskva vaxtı ilə 02:20) Kermadek ada qövsünün cənubunda qeydə alınıb. Zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks Bay şəhərindən 461 kilometr şimal-şərqdə, mənbə isə 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar heç bir dağıntıya səbəb olmayıb.
Chosen
148
50
azadmedia.az

10Sources