EN

Ançelotti onunla müqavilə bağlanması istəyir

"Real"ın müdafiəçisi Ferland Mendi komandada qala bilər.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, müdafiəçinin daha uzun müddət klubda qalması ilə "Los Blancos"un baş məşqçisi Karlo Ançelotti şəxsən maraqlanır.

İtalyan mütəxəssisin fikrincə, Mendi dünyanın ən yaxşı müdafiəçilərindən biri və Madrid komandasının lideridir.

Mendinin "Real Madrid"lə hazırkı müqaviləsi gələn yaya qədərdir.

Daha əvvəl futbolçunun təklif olunan müqavilənin şərtlərindən narazı olduğu və müqaviləni yeniləmək niyyətində olmadığı bildirilirdi.

Ötən mövsüm La Liqada Mendi "Real Madrid"in heyətində 23 dəfə meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
1
90deqiqe.az

2Sources