EN

Makron deputatlığa bütün solçu namizədləri ölkə üzrə satın almağa başladı...

Image

Turab Rzayev: “Makron oynadığı siyasi qumarı tam uduzub”

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ilk turunda ifrat sağçı "Milli Vəhdət" koalisiyası səslərin 33,14 faizini toplayaraq lider olub. Mari Le Penin lider, Jordan Bardellanın da sədr olduğu koalisiyaya 10625662 seçici səs verib. Beləliklə, "Milli Vəhdət" ötən, 2022-ci ildəki parlament seçkiləri ilə müqayisədə nəticəsini 2,5 dəfə artırıb.

Solçu "Yeni Xalq Cəbhəsi"nə 27,99 faiz və ya 8974463 seçici səs verib.

Emmanuel Makronun başçılıq etdiyi "Birlikdə Fransa Uğrunda!" koalisiyası səslərin 20,76 faizi (6,4 milyon səs) ilə kifayətlənməli olub.

Növbədənkənar parlament seçkilərinin 2-ci turun iyulun 7-də keçiriləcək.

Bu seçkilər artıq tarixi sayılır, çünki radikal sağçılar hökuməti formalaşdıracaqlar.

Avropa Parlamentinə keçirilmiş seçkilərdə böyük qələbədən sonra Marin Le Penin liderlik, Jordan Bardellanınsa sədrlik etdiyi "Milli Vəhdət" parlament seçkilərinin də lideri oldu.

Xatırladaq ki, iyunun 9-da nəticələri açıqlanmış həmin seçkilərdə E.Makronun "İntibah" partiyası səslərin 14,6 faizini, Marin Le Penin "Milli Vəhdət"i isə 31,4 faizini qazanmışdı.

Əvvəlki seçkilərdə bütün düşərgələrdən və mövqelərdən olan partiyalar birləşərək ultrasağçıların hakimiyyətə gəlişinə imkan verməməyə çalışırdılar. İndi isə hansısa partiyanın namizədinin könüllü olaraq geri çəkilərək səsləri "Milli Vəhdət"in namizədinə qarşı birləşdirməyə razılaşacağı şübhəli təsir bağışlayır. 

Fransa Milli Assambleyasına keçirilən seçkilərdə acınacaqlı məğlubiyyət şoku yaşayan Emmanuel Makron əzəli rəqibi sayılan sağçı Marin Le Penin əleyhinə solçularla birləşmək qərarı verib. Artıq çərşənbə axşamı günortadan sonra Fransa Milli Assambleyasına seçkilərin ikinci turu üçün namizədlərin yekun siyahısı dərc olunub. Buradan bəlli olur ki, solçu partiyalar belə Makronu tam dəstəkləyəcəklərinə zəmanət vermirlər.

Makronun eyni anda  həm soldan, həm də sağdan vurulması nə ilə bağlıdır və bunun sonu nə ilə nəticələnə bilər?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla bağlı daha əvvəl də məsələyə münasibət bildirmişdik: “Burada bəlli idi ki, Makron əslində çox böyük bir siyasi avantüraya gedir. Bununla bağlı fərqli spekulyasiyalar vardı. Sperkulyasiyalardan əsası o oldu ki, Makron üçüncü dəfə prezident olmaq istəyir. Ona görə də ölkədə siyasi böhran yaradır. O, siyasi böhranı fərqli şəkildə yaratmağa çalışdı. Məsələn, sağçıların önünü açmaqla. Avropa Parlamentinə seçkilərdən sonra bəlli idi ki, Fransa seçkilərində də sağçılar qalib gələcək. Makron bunu bildiyi halda seçkiləri önə çəkdi və faktiki olaraq ölkədə siyasi böhran yaratdı. Bununla Makron Fransa əhalisini şantaj edirdi. O deyirdi ki, radikal millətçilərə səs versələr, Fransanı bəzi təlatümlər gözləyə bilər. Ancaq proses onun ziyanına işlədi. Əhalinin böyük əksəriyyəti yenə də millətçilərə səs verdi. Makron hesablayırdı ki, sol partiyalar onunla eyni mövqedən çıxış edə bilərlər. O zənn edirdi ki, 50 faizdən ibarət səslə koalisiya formalaşdırıb, baş nazirliyi ələ ala bilər. Ancaq bu da mümkün görünmür. Solçular seçkilərdə ayrı iştirak edir. “ Sol blok “ Makrondan 7 faiz çox səs toplayıb. Hətta onlar arasında birlik olsa belə, solçular baş nazirin məhz onların istədikləri şəxsin olmasında israr edəcəklər. Makron 2027-ci ilə kimi hakimiyyətdə qalarsa, ölkə daha ağır iqtisadi təlatümlərə düçar ola bilər. Makronun hədəfi üçüncü dəfə prezident seçilməkdir. Ancaq görünən budur ki, öz qanuni prezidentlik dönəmini başa vurmaqda çətinlik çəkəcək. O düşünür ki, hakimiyyət sağların əlinə keçərsə, ölkədə iqtisadi böhran yaşanacaq və bir dönəm sonra o yenidən prezident seçilə bilər. Ancaq buna əminlik yoxdur ki, xalq yenidən Makrona səs verə bilər. Ortada İtaliya nümunəsi var. Orada millətçilər hakimiyyətə gəldi, getdikcə səslərini daha da artırdılar. İqtisadi cəhətdən ölkəni daha yaxşı idarə etdilər. Makron oynadığı siyasi qumarı tam uduzub. Hətta sosialistlərin dəstəkləməsi belə onu vəziyyətdən çıxara bilməyəcək. Bir sözlə, Makron siyasətdən silinməyin astanasındadır. Buna səbəb onun yürütdüyü səhv siyasət oldu”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
149
baki-xeber.com

1Sources