Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Gundem.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
"Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir", - məlumatda vurğulanıb.