EN

Klopp türk məşqçini təbrik etdi: "Əla olacaq"

"Liverpul"un sabiq çalışdırıcısı Yurgen Klopp "Borussiya Dortmund"un yeni baş baş məşqçisi Nuri Şahini təyinatı münasibəti ilə təbrik edib. 

Fanat.Az xəbər verir ki, vaxtilə Dortmund təmsilçisini çalışdıran almaniyalı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

"16 il əvvəl “Borussiya”ya gəldin, bu gün isə komandanın "sükanı arxası"ndasan. Sənə uğurlar arzulayıram, dostum. Əla olacaq”. 

Xatırladaq ki, Klopp 2008-2015-ci illərdə "Borussiya"ya rəhbərlik edib. Ötən mövsüm başa çatdıqdan sonra Edin Terziç baş məşqçi postunu tərk edib və onun yerinə 35 yaşlı Nuri Şahin təyin olunub. 

“Borussiya” ötən mövsüm Bundesliqanı 5-ci yerdə başa vurub. Bundan əlavə, klub Çempionlar Liqasının finalına çıxıb, orada "Real Madrid"ə uduzub.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
fanat.az

1Sources