EN

Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb

Bakı. Trend:

Türkiyənin Almaniyadakı səfiri Ahmet Başar Şen Xarici İşlərNazirliyinə çağırılıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumatyayıb.

Məlumata görə, səfirin XİN-ə çağrılmasına Türkiyə millisininmüdafiəçisi Merih Demiralın Almaniyada keçirilən Avropaçempionatının 1/8 finalının Avstriya millisi ilə matçında qolvurduqdan sonra "bozqurd" işarəsi göstərməsi səbəb olub.

Qeyd edək ki, UEFA artıq Demirala qarşı araşdırma başladıb.Türkiyəli futbolçu cərimə oluna və ya müvəqqəti olaraqdiskvalifikasiya edilə bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
95
2
az.trend.az

4Sources