EN

“Tesla” BYD-ni geridə qoydu


“Tesla” bu ilin ikinci rübündə 443 min 956 elektrikli avtomobil satıb və bu rübdə 426 min 39 elektrikli avtomobil satan ən yaxın rəqibi Çinin BYD şirkətini geridə qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, buna baxmayaraq, ikinci rübdə “Tesla”nın satışlarında azalma qeydə alınıb, BYD-nin satışları isə eyni rübdə 21% artıb.
Agentliyin məlumatına görə, “Tesla”nın satışlarının azalmasına aprel ayında şirkətin işçi qüvvəsinin 20% azalması səbəb olub.
İxtisarlar ən çox satış departamentinin işçilərinə təsir edib. “Tesla” bütün elektrik avtomobilləri üçün qiymətləri aşağı salmaqla satışları artırmağa çalışıb, lakin bu tədbirlər də kifayət etməyib.
Şirkət keçən ilin ikinci rübü üçün 446 min 915 ədəd “Model 3” avtomobili satıb. Bu il isə rüblük “Model 3” satışları 422 min 405 avtomobilə düşüb. Ancaq “Tesla” hələ keçən ilin sonunda satışları başlayan “Cybertruck” pikapının satış məlumatlarını açıqlamayıb. Müstəqil hesablamalara görə, şirkət bu günə qədər 11 min pikap satıb.
İlon Mask əvvəllər “Tesla”nın gələn ilin əvvəlinə qədər yeni və daha sərfəli modellər buraxacağını bildirsə də, şirkət bu avtomobillərin nə olacağı və ya onların harada istehsal olunacağı ilə bağlı çox az məlumat təqdim edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
yeniavaz.com

1Sources