AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayan Türkiyə yığmasının iki futbolçusu cəzalı duruma düşüb.
Sportinfo.az xəbər verir ki, komandanın əsas heyət üzvləri Orkun Kökcü və İsmail Yüksək 1/4 finalda Niderlanda qarşı keçirəcəkləri matçı buraxacaqlar.
Hər iki oyunçu Avstriya ilə oyunda sarı vərəqə aldığı üçün bu durumla üzləşib. Onların passivində 2 sarı vərəqə var.