EN

Hizbullah İsrail ordusunun qərargahına 200-dən çox raket atıb

Livanın "Hizbullah" şiə hərəkatı İsrail Müdafiə Qüvvələrinin (IDF) 91-ci diviziyasının qərargahına hücum edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti hərəkatın bəyanatına istinadən məlumat yayıb.

 

Hizbullah bildirib ki, hərəkatın döyüşçüləri Ələtdəki 91-ci diviziyanın qərargahına və Katsaviya kazarmasındakı 7-ci zirehli briqadanın qərargahına, Qamladakı 7-ci briqadanın zirehli batalyonunun qərargahına müxtəlif tipli 200-dən çox raket atıblar. 

 

Bundan başqa, 210-cu diviziyanın Nafax kazarma bazasında yerləşən qərargahı və 210-cu diviziyanın artilleriya alayının Ərdəndəki qərargahı da atəşə tutulub.

 

Bir gün əvvəl bildirilmişdi ki, yarımhərbi təşkilat İDF-nin iki qərargahına 100 raket atıb. Nafah kazarması və Kalia kazarmasındakı hava hücumundan müdafiə və raketdən müdafiə qərargahı atəşə tutulub.

 

İyulun 2-də İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri və İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi bildirib ki, İsrail Livanla döyüşmək qərarına gələrsə, Tehran Hizbullahı tam dəstəkləyəcək.

 

Bundan əvvəl Makron İsrailin Hizbullaha qarşı əməliyyat planlaşdırması ilə bağlı Netanyahuya müraciət etmişdi.

 

Nigar

 

Chosen
102
oxu24.com

1Sources