EN

Rövnəq Abdullayev və Elman Rüstəmov da namizəd olacaq

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.

Turkustan.az Gununsesi.info-ya istinadla xəbər verir ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.

Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir.

Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.

Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.

Elman Rüstəmov gəlincə, onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.

Chosen
114
14
turkustan.az

10Sources