EN

"Əsas narahatlıq yaradan məsələ..." - Borisov ÇL-dəki rəqibləri dəyərləndirdi

“Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasının püşkatmasının nəticələri haqda fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, "azfutzal.az"a açıqlamasında təmsilçimizin rəqiblərini dəyərləndirib:

“Açığı, rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdur. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var. Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik. Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidir. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinavlar kimi İsveçdə də futzal inkişafdadır. Nəzər alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar. Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcək. Ona görə işimiz çətin olacaq. Bugündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdur. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferlərlə bağlı da məlumat paylaşacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
13
fanat.az

10Sources