EN

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər inam və etimad əsasında, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib - Sevil Mikayılova

Bakı. Trend:

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər son illərdəsürətlə inkişaf edib. Bu əlaqələr, qarşılıqlı inam və etimadəsasında, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Hər ikiölkənin liderləri, Prezident İlham Əliyev və Çin lideri Si Cinpin,bu münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı SevilMikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan və Çin arasında yüksəksəviyyəli siyasi əlaqələr mövcuddur. Prezident İlham Əliyev və SiCinpin arasındakı görüşlər və səfərlər bu əlaqələrin əhəmiyyətinigöstərir.

"Məsələn, 2019-cu ildə Prezident Əliyev, Si Cinpinin dəvəti iləİkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. 2022-ci ildə isəSəmərqənddə ŞƏT Sammiti çərçivəsində iki lider arasında görüşkeçirilib. Bu səfərlər və görüşlər, ölkələr arasında stratejitərəfdaşlıq münasibətlərinin inkişafını təsdiqləyən mühüm addımlarolub.

Çin Azərbaycanın əsas idxal mənbələrindəndir və əsas ticarəttərəfdaşlarından biridir. 2023-cü ildə iki ölkə arasında ticarətdövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda300-dən çox Çin şirkəti müxtəlif sahələrdə, o cümlədən sənaye, kəndtəsərrüfatı və tikinti sahələrində aktiv fəaliyyət göstərir. Buşirkətlər, həmçinin nəqliyyat və xidmət sektorlarında dafəaliyyətlərini genişləndirirlər", - deyə S.Mikayılova əlavəedib.

Deputat vurğulayıb ki, Azərbaycan, Çinin "Kəmər və Yol"təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və bu çərçivədənəqliyyat-logistika sahəsində sıx əməkdaşlıq qurulub.

"Ölkəmiz Orta Dəhlizin inkişafına böyük investisiyalar yatırıb.Bu dəhliz, Çindən Avropaya və əksinə yüklərin daşınması üçün ənsəmərəli marşrutlardan biridir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttivasitəsilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12günə qədər azalıb.

Enerji keçidi və bərpa olunan enerji sahəsində də Azərbaycan vəÇin arasında əməkdaşlıq inkişaf etdirilir. Elektrik mühərrikliavtobusların istehsalı sahəsində Çinin "BYD Company Limited"şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ildə Azərbaycandakeçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin elektrikmühərrikli avtobuslarının və enerji doldurucularının ölkəmizəgətirilməsi planlaşdırılır", - deyə S.Mikayılova qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu, Azərbaycan-Çin mədənivə humanitar əlaqələrinin əsas hərəkətverici qüvvəsidir. Fond"Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti" ilə birgəmüxtəlif layihələr həyata keçirir. 2023-cü ildə Pekində Fondunvitse-prezidenti Leyla Əliyevanın poeziya kitabının Çin dilinətərcümə olunmuş təqdimatı keçirilib.

"Elm və təhsil sahəsində də əməkdaşlıq fəal şəkildə həyatakeçirilir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisikafedrası fəaliyyət göstərir, Azərbaycanın ali məktəblərində isəKonfutsi institutları fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyev və Çin lideri Si Cinpin arasındakıqarşılıqlı inam və etimad əsasında qurulmuş yüksək səviyyəlidostluq münasibətləri, Azərbaycan və Çin arasında əməkdaşlığınbütün sahələrdə daha da dərinləşəcəyinə və ikitərəflimünasibətlərin yeni məzmun və keyfiyyət qazanacağına əminlikyaradır. Bu əlaqələr, hər iki ölkənin strateji maraqlarına xidmətedir və regionda sabitlik və inkişaf üçün əhəmiyyətli rol oynayır",- deyə S.Mikayılova əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
3
az.trend.az

4Sources