EN

Aqil Abbas: “Doğrudan da xəstədir, əsgərliyə yaramır...”

“İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalar çox effektiv olacaq. Əvvəl yol tapırdılar, əsgərlikdən yayınırdılar. Saxta tibbi kağız göstərirdilər. Yaxud da xəstə adamları sağlam olmaya-olmaya əsgərliyə aparırdılar. İndi isə qaydalar çox şəffaf olub”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib. 

O bildirib: “İndi, sadəcə, xahiş etmək lazımdır ki, bu adam xəstədir. Yoxlayırlar, görürlər ki, doğrudan da xəstədir, əsgərliyə yaramır, aparmırlar. Sağlam adamdırsa, yaxşı yol, əsgərlikdən qala bilməz. Yəni bütün bu məsələrlə bağlı şəffaflıq olacaq”. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
yenisabah.az

1Sources